Tanınmış futbolçu həbs oluna bilər

Tanınmış futbolçu həbs oluna bilər

İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur. 

Sport7.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. 
 
Xəbərə görə, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib. 

Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib. 

Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR