Tanınmış idman jurnalistinin evi qarət olundu

Tanınmış idman jurnalistinin evi qarət olundu

"Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

Sport7.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
 
O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib: "Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verildiyini vurğulayıb: "Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR