Tanınmış italyan mütəxəssis Çin klubundan ayrıldı

Tanınmış italyan mütəxəssis Çin klubundan ayrıldı

Çin klubu "Şençjen" baş məşqçi Roberto Donadoni ilə yollarını ayırıb. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Komanda ötən mövsümü 30 turdan sonra 21 xalla 15-ci sırada tamamlayıb. "Tyantszin Tyanxay" müflis olması və çempionatdan kənarlaşması səbəbindən "Şençjen" əsas liqada qala bilib. 

Çalışdırıcı "Şençjen"in baş məşqçi postuna keçən ilin yayında təyin olunmuşdu. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR