Tarixdə 50-ci, Premyer Liqada 35-ci ev qələbəsi

Tarixdə 50-ci, Premyer Liqada 35-ci ev qələbəsi

Azərbaycan Premyer Liqasının X turunun "Zirə"nin "Keşlə” ilə qarşılaşmasındakı 3:1 hesablı qələbə meydan sahibləri üçün yubileylərlə əlamətdar olub.
 
Sport7.az xəbər verir ki, "Zirə” bütün turnirlər nəzərə alınmaqla öz meydanında 50-ci qələbəsini qazanıb. Bu, klub tarixinin 100-cü ev oyununa təsadüf edib. Digər qarşılaşmalarda 26 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada 75-ci ev matçı və 35-ci qələbə olub. "Qartallar” öz meydanında 21 heç-heçə və 19 məğlubiyyət yaşayıb.
 
50 ev qələbəsindən 35-i Premyer Liqaya təsadüf edibsə, I divizionda 9 (15 oyun), Azərbaycan kubokunda 5 (8 oyun), UEFA Avropa Liqasında 1 (2 oyun) qalibiyyət əldə olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR