"Tarixə düşmək şansımız var" - Kavay Lenard

"Toronto"nun forvardı Kavay Lenard "Miluoki" seriyasının dördüncü matçından (120:102) sonra son vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

"Özümü yaxşı hiss edirəm. Dayanmaq niyyətim yoxdu, mübarizə davam edir. Tarixə düşmək şansımız var", - deyə Lenard bildirib.

Qeyd edək ki, üçüncü görüşdə 52 dəqiqə meydanda qalan ulduz basketbolçu ayağından zədə almışdı. Ötən gecə isə Lenard qarşılaşmanı 19 xal, 7 ribaund və 4 top oğurlama ilə tamamlayıb.
 
Hazırda "Toronto" - "Miluoki" seriyasında bərabərlik var - 2:2.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR