Tarixə topla səyahət: 1993/94-cü illər mövsümü rəqəmlərlə

Tarixə topla səyahət: 1993/94-cü illər mövsümü rəqəmlərlə
"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 1993/94-cü illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 3-cü olan Azərbaycan çempionatıdır.  

İllər keçdikcə Yüksək dəstədə klubların sayı azalmışdı. 1992-ci 26 yox, 1993-cü ildə 20 komandanın iştirak etdiyi çempionatda 1993/94-cü illər mövsümündə cəmi 16 komanda yarışırdı. 

Çempionatın reqlamentinə əsasən, 16 komanda dairəvi sistemlə mübarizə aparıb, turnir cədvəlində sonuncu 4 komanda aşağı dəstəyə düşüb.

Bu komandalardan 2-si – "Avtoomobilçi”, "Xəzri-Eltac” (əvvəlki "Xəzri) aşağı dəstədən gələnlər, "Bakı fəhləsi” isə əvvəlki "Nicat”dır. "Kür” 1-ci dövrədən sonra "Kür-nur” olub.

"Neftçi” "Turan”la səfər oyunundan sonra çempionatdan çıxıb və son 8 matçda oynamayıb, texniki məğlubiyyət alıb. 
 
Həmin ildə qələbəyə görə komandalar 2 xal qazanırmış. 

1993/94-cü illər mövsümündə Azərbaycan çempionu adını Tovuzun "Turan" klubu qazanıb. 30 turdan sonra 50 xal toplayan tovuzlular tarixində ilk dəfə çempionluğu bayram edib. 1993-cü ilin qalibi olan "Qarabağ" isə, "Turan"dan 1 xal geri qalaraq gümüş medalın sahibi olub. Üçüncü pillənin sahibi isə, 47 xalla "Kəpəz" olub. 
 


Çempionatın ən sərrast futbolçusu isə, "Turan"ın hücumçusu Musa Qurbanov olub. O, 35 qola imza atıb. 

Bombardirlərin siyahısında ilk "5"lik belədir:

Musa Qurbanov (Turan) 35
Fazil Pərvərov (Kəpəz) 29
Nazim Əliyev (Xəzər S) 24
Müşfiq Hüseynov (Qarabağ) 17
İmamyar Süleymanov (Kəpəz) 17

1993-cü ildə Azərbaycan kubokunu bürünc mükafatçısı "Kəpəz" klubu qazanıb. Gəncəlilər finalda Lənkəranın "Xəzər" komandasını 2:0 hesabı ilə yenərək ölkə kubokunun qalibi olublar. 
 


 
Röya Kərimli
Sport7.az

Xəbər lenti