Tarixə topla səyahət: 1993-cü il çempionatı rəqəmlərlə

Tarixə topla səyahət: 1993-cü il çempionatı rəqəmlərlə

"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 1993-cü ilə səyahət edəcəyik. Mövzumuz sayca 2-ci olan Azərbaycan çempionatıdır.  

Həmin dönəmdə Yüksək liqamızda 1992-ci ldən fərqli olaraq 26 yox, 20 komanda iştirak edib. 20 komanda hər birində 10 olmaqla 2 qrupda mübarizə aparıb. Bu komandalardan 2-si – "Nicat”, "Bozqurd” (əvvəlki "Kür” Samux) aşağı dəstədən gələnlərdir. "Azneftyağ” isə əvvəlki "Tərəqqi”dir.

Çempionatın reqlamentinə əsasən, hər qrupdan 3 komanda aşağı dəstəyə düşüb. İlk 2 yeri tutan komanda isə final mərhələsinə yüksəlib. Pley-off sistemi ilə neytral meydanda keçirilən final mərhələsi baş tutub.

Həmin ildə qələbəyə görə komandalar 2 xal qazanırmış. 
 




1993-ci ilin Azərbaycan çempionu adını Ağdamın "Qarabağ" klubu qazanıb. Yarımfinal mərhələsdində Tovuzun "Turan" komandasını yenən ağdamlılar finalda Sumqayıtın "Xəzər" klubu ilə qarşılaşıblar. Minimal hesabla (1:0) qalib gələn "Qarabağ" çempionluğu bayram edib. 

Qeyd edək ki, finalçı "Xəzər" komandası yarımfinalda "Kəpəz"i (Gəncə) üstələyib. 
 


Çempionatın ən sərrast futbolçusu isə, "Neftçi"nin hücumçusu Samir Ələkbərov olub. O, 17 oyunda 16 qola imza atıb. 

Bombardirlərin siyahısında ilk "10"luq belədir:



1993-cü ildə Azərbaycan kubokunu da "Qarabağ" klubu qazanıb. Ağdamlılar finalda Sabirabadın "İnşaatçı" komandasını 1:0 hesabı ilə yenərək ölkə kubokunun qalibi olublar. 
 



 
Həmin il Azərbaycan Superkuboku uğrunda görüş də keçirilməyib. Belə ki, həm ölkə çempionluğunu, həm də kuboku "Qarabağ" qazandığı üçün təşkilatçıların qərarı ilə dubl edən komanda avtomatik olaraq Superkubokun qalibi elan olunub.
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR