Tarixə topla səyahət: 1996/97-ci illər mövsümü rəqəmlərlə

Tarixə topla səyahət: 1996/97-ci illər mövsümü rəqəmlərlə

"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 1996/97-ci illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 6-cı olan Azərbaycan çempionatıdır.  

Həmin mövsüm Yüksək dəstədə 16 komanda çempionluq uğrunda mübarizə aparıb. 

Çempionatın reqlamentinə əsasən, 15 klub və 18 yaşadək futbolçulardan ibarət milli komanda dairəvi sistemlə mübarizəyə başlayıb. Bu komandalardan 3-ü – "Polis Akademiyası” ("Çinar Polis Akademiyası” və "Qartal-95”in birləşməsindən yaranan yeni klub), "Fərid” və "Sumqayıt” (əvvəlki "Xəzər”) aşağı dəstədən gələnlərdir. Ötən mövsümü erkən dayandıran "Pambıqçı” (Bərdə) da yenidən iştirakçılar arasında olub. 2 komanda aşağı dəstəyə düşməli idi ki, bunlar da yarış bitən kimi dağılan "Fərid” və "Pambışqçı” (Neftçala) olub. U-18 isə müsabiqədənkənar çıxış edib.

Həmin ildə qələbəyə görə komandalar 3 xal qazanırmış. 

1996/97-ci illər mövsümündə Azərbaycan çempionu adını paytaxtın "Neftçi" klubu qazanıb. 30 turdan sonra 74 xal toplayan bakılılar çempionluğu bayram edib. "Qarabağ" çempiondan 3 xal geri qalaraq gümüş medalın sahibi olub. Üçüncü pillənin sahibi isə, 66 xalla "Xəzri" (Buzovna) olub. 
 


Çempionatın ən sərrast futbolçusu "Neftçi"nin hücumçusu Qurban Qurbanov olub. O, 29 oyunda 34 qola imza atıb. 



1996/97-ci illər mövsümündə Azərbaycan kubokunu Gəncənin "Kəpəz" klubu qazanıb. Əyalət təmsilçisi finalda "Xəzri"n (Buzovna) 1:0 hesabı ilə yenərək ölkə kubokunun qalibi olub. 
 




Röya Kərimli
Sport7az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR