Tarixə topla səyahət: 1999/2000-ci illər mövsümü rəqəmlərlə

Tarixə topla səyahət: 1999/2000-ci illər mövsümü rəqəmlərlə

"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 1999/2000-ci illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 9-cu olan Azərbaycan çempionatıdır.  

Həmin mövsüm Yüksək dəstədə 12 komanda çempionluq uğrunda mübarizə aparıb. 

Çempionatın reqlamentinə əsasən, 12 klub dairəvi sistemlə mübarizəyə başlayıb. Bu komandalardan 1-i – "Xəzər Universiteti” aşağı dəstədən gəlib. 2 komanda aşağı dəstəyə düşməli idi. Lakin sonda "Xəzər Universiteti” liqada saxlanılıb. "Qarabağ" (Ağdam) - "OİK" (Bakı), "Neftçi" (Bakı) - "ANS Pivani" (Bakı), "Şəmkir" - "Kimyaçı" (Sumqayıt) oyunlarında hər 2 komandaya məğlubiyyət verilib. Bu onların eyni turu matçına çıxmaqdan imtinası ilə bağlı olub.

II mərhələdə 3 qrupa bölünən komandalar mübarizəyə sıfırdan başlayıblar. Yəni, mərhələnin nəticələri ləğv olunmaqla. 2 komanda aşağı dəstəyə düşməli idi ki, "Şahdağ” və "Dalğıc ADNŞ” ilə yanaşı "Bakılı” da liqadan kənar düşüb.


1999/2000-ci illər mövsümündə Azərbaycan çempionu adını "Şəmkir" klubu qazanıb. 22 turdan sonra 55 xal toplayan şəmkirlilər çempionluğu bayram edib. "Kəpəz" (Gəncə) çempiondan 11 xal geri qalaraq gümüş medalın sahibi olub. Üçüncü pillənin sahibi "Neftçi" (Bakı) komandası isə 43 xalla bürünc medal qazanıb.
  


Çempionatın ən sərrast futbolçusu çempion "Şəmkir"in şərəfini qoruyan Badri Kvaratsxeliya seçilib. O, 21 oyunda 16 qola imza atıb. 



1999/2000-ci illər mövsümündə Azərbaycan kubokunu "Kəpəz" klubu qazanıb. Gəncəlilər finalda "Qarabağ"la qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn "Kəpəz" ölkə kubokuna sahib olub. 
 


Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR