Tarixə topla səyahət: 2000/2001-ci illər mövsümü rəqəmlərlə

Tarixə topla səyahət: 2000/2001-ci illər mövsümü rəqəmlərlə

"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 2000/2001-ci illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 10-cu olan Azərbaycan çempionatıdır.  

Həmin mövsüm Yüksək dəstədə 12 komanda çempionluq uğrunda mübarizə aparıb. 

Çempionatın reqlamentinə əsasən, 12 klub dairəvi sistemlə mübarizəyə başlamalı olub. Bu komandalardan 1-i – "Şahdağ” aşağı dəstədən gəlib, "Araz” isə güzəştlə iştirakçılar arasına qatılıb. Əvvəlki "Dinamo” "Dinamo-Bakılı” olub. "ANS Pivani” 1-ci tur ərəfəsində dağılıb. 2 komanda aşağı dəstəyə düşməli idi. Lakin 1 klub dağıldığından yalnız "Şahdağ” aşağı düşüb. Çempionu müəyyənləşdirmək üçün eyni xal toplayan 2 komanda arasında neytral meydanda "Qızıl oyun" keçirilib.

2000/2001-ci illər mövsümündə Azərbaycan çempionu adını növbəti dəfə "Şəmkir" klubu qazanıb. 20 turdan sonra "Şəmkir" və "Neftçi" klubları hərəyə 51 xal toplayıblar. Qalib iki komanda arasında keçirilən "Qızıl oyun"dan sonra müəyyənləşib. Sumqayıtda keçirilən görüşdə şəmkirlilər 1:0 hesabı ilə qalib gələrək çempionluğu bayram ediblər. 38 xalı olan Masallının "Viləş" komandası isə bürünc medalın sahibi olub.
  


Çempionatın ən sərrast futbolçusu Paşa Əliyev ("Dinamo-Bakılı") seçilib. O, 17 oyunda 13 qola imza atıb. 



2000/2001-ci illər mövsümündə Azərbaycan kubokunu "Şəfa" komandası qazanıb. Paytaxt təmsilçisi finalda "Neftçi" ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn "Şəfa"" ölkə kubokuna sahib olub. 
 



Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR