Tarixi qərar - bilərəkdən özünü yerə atan futbolçu...

Tarixi qərar - bilərəkdən özünü yerə atan futbolçu...
 
İngiltərədə futbolla bağlı tarixi qərar qəbul olunmaq üzrədi.
 
Sport7.az xəbər verir ki, premyer-liqada özünü bilərəkdən yerə atan, hakimi aldatmağa cəhd göstərən futbolçular bundan sonra ağır cəzalarla qarşılaşacaq. Belə ki, xüsusi quraşdırılmış texnologiya vasitəsilə aşkarlanan bu cür futbolçular bir və ya bir neçə oyunluq diskvalifikasiya olunacaq. 
 
Belə hərəkətlər növbəti mövsümdən etibarən tək-tək analiz ediləcək. Mövzu ilə bağlı yaradılacaq 3 nəfərlik xüsusi qruplar hər bazar ertəsi həmin turun oyunlarını izləyəcək və simmulyasiya proqramından istifadə etməklə belə futbolçuları aşkarlayacaqlar. 
 

Məsələ burasındadı ki, həmin məqam hakimin gözündən qaçsa belə qurumun qərarı ilə keçmişə yönəlik mövqe tutulacaq və futbolçuya cəza veriləcək. Bilərəkdən hakimi aldatmağa cəhd göstərənlər centlmenliyə zidd hərəkətlər yönündə növbəti oyunlarda meydana çıxmaqdan məhrum olacaq. Bu tip qərarlara futbolçuların etiraz haqqı da olacaq, ancaq buna başqa qurum tərəfindən baxılacaq. 
 
Futbolun beşiyi olan İngiltərənin Şotlandiya ilə birlikdə irəli sürdüyü bu dəyişikliyin tətbiqi dünya futbol rəhbərlərinin diqqətini çəkir. Hər iki ölkənin futbol qaydalarını müəyyənləşdirən İFAB-ın ana ünsürü olması səbəbindən sözügedən cəzaların yaxın zamanlarda bütün dünyada tətbiq olunacağı gözlənilir. 
 
Artıq texnologiyaya soyuq baxmayan FİFA-nın topun qapıdan keçib keçmədiyini müəyyənləşdirən, o cümlədən videohakim tətbiqlərinin qəbul etməsi ilə birlikdə sözügedən simmulyasiya proqramına da eyni şəkildə yanaşacağına əminliklə baxılır.
 
Sport7.az
 

Xəbər lenti