"Təbii ki, uğursuzluq olacaq" - BATE-nin baş məşqçisi

06 Avqust 2018, 21:06
06 Avqust
2018
21:06
432
"Qarabağ” təcrübəli və keyfiyyətli komandadır. Son illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Komandaya Qurban Qurbanov kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Şansların bərabər olduğunu düşünürəm”.
Sport7.az xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la Bakıda keçirəcəkləri ilk oyundan əvvəl deyib.
37 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Son həftələrdə komandanız uzaq səfərlər edib. Bu işinizə mənfi təsir edəcək?
- Avrokuboklarda çıxış edən hər bir komanda bu cür şərtlərə hazır olmalıdır. BATE Finlandiyadan gəlsə də, bu, bizə problem yaratmayıb.
- BATE HİK-lə görüşdə yaxşı çıxış etmədi. Bu, rəqibi qiymətləndirməməklə bağlı idi, yoxsa öz oynunuzu nümayiş etdirə bilmədiniz?
- Hər ikisini qeyd edərdim. Evdə qolsuz heç-heçə qeydə alındı. Səfərdə isə 2 qol vuraraq mərhələni adladıq.
- "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib ki, ilk matçı Bakıda keçirmək BATE üçün üstünlükdür. Bununla razısınız?
- Bunu demək çətindir. Bizim də ilk matçı evdə keçirdiyimiz vaxtlar olub. Lakin "Qarabağ”ın kapitanı ilə razılaşmamaq mümkün deyil. Çünki təcrübəli futbolçudur.
- "Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hansı oyunları izləmisiniz?
- Hamısını. İşimiz budur.
- Pro kurslarında Aftandil Hacıyev və Ayxan Abbasovla bir yerdə olmusunuz. Onlardan hansısa məlumat almısınız?
- Təbii ki, əlaqə saxlamışam. Amma tam başqa mövzuda. Onlar mənə hədiyyə gətirmişdilər. Bununla bağlı məsələdir.
- Bakıda sizi hansı nəticə qane edir?
- Oyuna ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticə bizim üçün məqbuldur.
- Cütün qalibi "Qarabağ” olmasa, bizim üçün sürpriz sayılacaq. Bəs siz keçə bilməsəniz, bunu faciə kimi qəbul edəcəksiniz?
- Təbii ki, uğursuzluq olacaq. Qarşımıza qoyulan məqsəd bacardıqca irəli getmək və qrupa düşməkdir.
- Pley-off mərhələsində PSV-nin düşməsi motivasiyanıza mənfi təsir etmədi ki?
- Bu barədə danışmaq tezdir. Hazırda yalnız "Qarabağ” haqqında düşünürük.
- Azərbaycandan fərqli olaraq, Belarusda çempionat başlayıb. Bu, sizin üçün üstünlükdür?
- "Qarabağ” yaxşı təlim-məşq toplanış keçib. Həmçinin avrokubokda 4 oyun keçirib. Bu həftə çempionat da start götürəcək. Komandaların hansı çempionatda iştirak etdiyini nəzərə alsaq, avrokubok görüşlərinin tam fərqli atmosferdə keçəcəyini söyləyə bilərəm.
Sport7.az
Digər xəbərlər
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Elşad Əhmədov: "Barselona" ilə də oynasaq..."
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Sənan Qurbanov: "Hər saniyə "Keşlə" ilə oyuna köklənməliyik"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
"Səbail" rəsmisi: "Apellyasiya şikayəti verəcəyik"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
"Bakı"nın problemi maliyyə ilə bağlı deyildi" - Sərt ittihamlar
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Naci Şensoy: "O ləkəni üzərindən silməsi mümkün deyil"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Latviyaya gedən futbolçumuzun məşqçisi: "Əzmkardı, texnikalıdı və meydançanı yaxşı görür"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Əsədov: "Daha çox pula gələnlər yola verir"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Yurçeviç Məşqçilər Komitəsi ilə niyə görüşmür?: "Buna öyrəşmişik"
Xəbər lenti
-
22:56Azərbaycanlı futbolçu xarici klubla anlaşdı
-
21:39“Qəbələ”dən məktəblilərlə növbəti görüş
-
20:24Qurbanov Arazı əvəzedici komandaya göndərdi
-
18:54Zayon Uilyamsonun zədəsi ciddi deyil - VİDEO
-
18:25"Atletiko" Oblakla müqavilə yeniləyəcək
-
17:56NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO
-
17:37Dünya çempionluğuna aparan yol: Futbol robotu
-
16:38"Atletiko"nun futbolçusu Çempionlar Liqasında həftənin oyunçusu seçildi
-
16:18Avropa Liqası: 1/8 finalın püşkü atıldı
-
15:27Elşad Əhmədov: "Barselona" ilə də oynasaq..."
-
15:10"Fulhem" Ranyerini istefaya göndərə bilər
-
15:03Futbol qaydaları: Oyun üçün meydan
-
14:40FIFA-dan "Çelsi"yə transfer qadağası
-
14:16Azərbaycan çempionatı start götürdü
-
14:13Millimizin üzvləri ilə görüş keçirildi
-
14:01Lüis Həmilton: "Bu mövsüm daha aqressiv Bottas görəcəyik"
-
14:00Sənan Qurbanov: "Hər saniyə "Keşlə" ilə oyuna köklənməliyik"
-
13:43Halep və Plişkova mübarizəni dayandırdı
-
13:07Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayırlar
-
13:0510 gün qalıb! Rusiya, Çin, Azərbaycan
-
12:52Modriçin "Real"da qalıb-qalmayacağı dəqiqləşdi
-
12:36Avroliqa: "Efes" "Olimpiakos"u məğlub etdi, ispanların duelindən "Barselona" qalib ayrıldı
-
11:43“Bir gəncin manifesti”
-
11:39NBA: "Miluoki" "Boston"u məğlub etdi, "Leykers" "Hyuston"dan üstün oldu
-
11:29AFFA Klublar Komitəsinə yeni sədr seçilib
-
11:16Avropa Liqasında həftənin oyunçusu kim olacaq? - Namizədlər
-
11:14"Leylanın xətrinə futbolu sevdim" - Ömər Xəyyam
-
09:51"Sabah"ın qələbəsi, "Zirə"nin məğlubiyyəti (VİDEO)
-
09:40Qardaş "silləsi"
-
09:11"Səbail" rəsmisi: "Apellyasiya şikayəti verəcəyik"
-
02:19"Çelsi" - "Malmö" - 3:0 (VİDEO)
-
02:11"Benfika" - "Qalatasaray" - 0:0 (VİDEO)
-
02:05London nəhəngləri mərhələ adladılar, "Qalatasaray" və "Fənərbağça" mübarizəni dayandırdı
-
00:03"Zenit" - "Fənərbağça" - 3:1 (VİDEO)
-
00:01"Arsenal" - BATE - 3:0 (VİDEO)
-
20:45"AVRO-2021": Millimizin rəqibləri müəyyənləşdi
-
20:41Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçildi
-
18:05Birinci Divizionda darmadağın
-
17:50"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm" - Van Deyk
-
17:20PSJ açıqladı: Neymar Braziliyaya yollanır
-
17:15Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı
-
16:11Belçika necə dünyanın ən böyük futbol güclərindən birinə çevrildi? - 7 yanaşma
-
16:02Premyer Liqada 19-cu turun cədvəli
-
15:14Azərbaycanlı futbolçu Panenkanın klubunda
-
14:57Məzahir Süleymanzadənin həyat yoldaşı vəfat edib
-
14:44Bakı klubu transferlərə niyə pul tapmayıb?
-
14:14Bütün oyunlar eyni saatda
-
14:08"Qarabağ" "Yuventus"a sataşdı (FOTO)
-
14:06"Neftçi" və "Qarabağ"ın oyunlarının saatı açıqlandı
-
14:02Ulduz futbolçular Bakıya gələcək (SİYAHI)
22 Fevral 2019
21 Fevral 2019