Təcrübəli xorvat hücumçunun yeni klubu müəyyənləşir

Təcrübəli xorvat hücumçunun yeni klubu müəyyənləşir

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiç yenidən yaşıl meydanlara qayıtmağa yaxındı.

Sport7.az xəbər verir ki, 34 yaşlı forvard İtaliya klubu "Milan”la anlaşıb. Son olaraq ötən ilin yayında Qətər təmsilçisi "Əl-Duhail”dən ayrılan qolçu oyunçu "rossonyerlər”lə danışıqları müsbət yekunlaşdırıb. Tərəflərin tezliklə 6 aylıq rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib. O, Milan klubuna azad agent kimi keçəcək.

Mandzukiç 2015-2019-cu illərdə İtaliyada "Yuventus”un formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR