Tedesko həftə sonuna kimi

Tedesko həftə sonuna kimi "Spartak"la bağlı qərarını açıqlayacaq

"Spartak"ın baş məşqçi postuna əsas namizəd - Domeniko Tedesko bu gün Almaniyaya qayıdacaq. 

Tedesko "Spartak" rəhbərliyi ilə danışıqlar aparıb və klubun infrastrukturu ilə tanış olub. "Sport-Express"in xəbərinə görə, 34 yaşlı məşqçi həftə sonuna kimi yekun qərarını açıqlayacaq.

Mümkün müqavilənin 2 il, 9 ay müddətinə nəzərdə tutulacağı və Tedeskonun mövsüm başına 1,5 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Tedesko 2017-2019-cu illər aralığında "Şalke"ni çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR