Telekanallarımızdan "Qarabağ"a biganəlik - Canlı Yayım olmayacaq

Telekanallarımızdan
Sabah Azərbaycan futbolu tarixi günlərindən birini yaşayacaq.

Sport7.az
xəbər verir ki, ölkəmizdə ilk dəfə Çempionar Liqasının qrup mərhələsinin oyunu keçiriləcək. Meydana "Qarabağ"ın əsas komandasıyla yanaşı Rəşad Sadıqovun çalışdırdığı U-19 da çıxacaq.

Gənc futbolçular "Roma"lı həmyaşıdlarını "Azərsun Arena"da qəbul edəcəklər. Təəssüflər olsun ki, ölkə telekanalları əsas komandadan fərqli olaraq, gənclərə biganədilər. Belə ki, heç bir kanal bu oyunu tamaşaçılara təqdim etməyəcək.

Start fiti saat 14:00-da səslənəcək bu qarşılaşmanı "Qarabağ"ın rəsmi "yutub" kanalı vasitəsiylə izləmək mümkündü.
 
Xatırladaq ki. "Azərsun Arena"da keçirilən oyuna giriş sərbəstdir, bilet satışı nəzərdə tutulmayıb.

Sport7.az

Xəbər lenti