Təmsilçimiz erməni ilə

Təmsilçimiz erməni ilə "sülh" bağladı

Aprelin 20-də Almaniyanın Karlsrue şəhərində "Grenke Chess Classic" şahmat superturniri start götürüb.

Sport7.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç ilk turda erməni şahmatçı Levon Aronyanla heç-heçə edib.

Arkadi Naydiç ikinci turda rusiyalı Pyotr Svidler ilə qarşılaşacaq.

Yarışın birinci mərhələsində keçirilən 5 partiyadan yalnız birində qələbə qeydə alınıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 14 yaşlı alman şahmatçı Vinsent Kaymerlə qarşılaşıb. Görüş 6 saat 42 dəqiqə davam edib. Karlsen yalnız 81 gedişdən sonra debütant rəqibini mat edə bilib.

Digər qarşılaşmalarda rusiyalı Pyotr Svidler amerikalı Fabiano Karuana ilə, fransalı Maksim Vaşye-Laqrav hindistanlı Vişvanatan Anandla, alman Georg Mayer isə ispan Fransisko Valyexo ilə xalları yarı bölüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR