Ötən ayın ən yaxşısı seçildi

Ötən ayın ən yaxşısı seçildi
İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Real"ın hücumçusu Kərim Benzema layiq görülüb.

30 yaşlı hücumçu geridə qalan ayda 4 oyunda meydana çıxıb. O, 1 qol imza atıb, 2 qola isə assist edib.
 
Qeyd edək ki, "Real" klubu 14 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti