Terimdən ilk AÇIQLAMA: “Bu xəstəlik mənə çox şey öyrətdi”

Terimdən ilk AÇIQLAMA: “Bu xəstəlik mənə çox şey öyrətdi”

Koronavirusa yoluxduğu üçün xəstəxanada müalicə alan Fatih Terim bu gün evə buraxılıb.

Sport7.az xəbər verir ki, "Qalatasaray”ın baş məşqçisinin ikinci testinin nəticələri hələ məlum deyil. Bununla belə həkimlər onun evdə, karantin şəraitində müalicə almasına izacə veriblər.

Artıq evində olan çalışdırıcı azarkeşlərə və ona görə narahatıçılıq keçirənlərə minnətdarlıq edib. Sosil şəbəkə vasitəsiylə açıqlama yayımlayan Fatih Terim bunları yazıb:

"Bu xəstəlik mənə çox şey öyrətdi. Allahın izniylə müalicəmi evdə davam edəcəyəm, yaxın günlərdə tam sağalacağıma inanıram. Bundan sonra ailəmə daha çox vaxt ayıracaq, insanları üzməməyə, bağışlamağa çalışacağam. İmtahandan çox şey öyrənərək çıxacağam. Başda "Qalatasaray” cameəsi olmaqla, məni sevən, mənə görə narahatçılıq keçirənlərə minnətdaram. Doktorlara, ailəmə, bizimlə birlikdə bu çətin dönəmdən keçənlərə təşəkkür edirəm.

Xahiş edirəm, mümkün qədər evdə qalın. Xəstələr üçün, onların sağalması üçün savaşan həkimlərə dua edin. Hər kəsə əlim ürəyimdə təşəkkürümü və şükürlərimi göndərirəm”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR