Terimlə bağlı yalan – Qızı açıqladı

Terimlə bağlı yalan – Qızı açıqladı

Dünən axşam Fatih Terimin ikinci koronavirus testinin neqativ çıxdığı, çalışdırıcının tam sağaldığı haqda məlumatlar yayıldı.

Sport7.az xəbər verir ki, Türkiyə və Azərbaycan mətbuatında yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. Terimin ikinsi testinin cavabları hələ açıqlanmayıb.

Bu barədə çalışdırıcının qızı Buse Terim açıqlama verib: "Atamın ikinci testinin nəticələri hələ gəlməyib. Yayılan məlumatlar doğru deyil. Atam hələ də xəstəxanada, müalicəsinə davam edir. Gözəl xəbərləri tezliklə paylaşmaq ümidi ilə...”

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR