Tərlan Əhmədov: "Bu gün onun bəhrəsini gördük"

Tərlan Əhmədov:
"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 18-ci turun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az mütəxəssisin fikirlərini təqdim edir:

"Komandamız bu gün əzmkarlıq göstərib, layiqli qələbə qazandı. İlk gündən demişdim ki, işimizi pillə-pillə görüb, oyunumuzu matçdan-matça təkminləşdirəcəyik. Bu gün onun bəhrəsini gördük. Qəbələyə gələn, ümumiyyətlə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm. Çalışdıq ki, müdafiədə az səhv edək. Qol buraxmağımıza baxmayaraq, komandanın oyunundan razı qaldım. Oyunumuzla, qələbəmizlə göstərdik ki, düzgün yoldayıq. Qarşıdakı görüşlərə də 3 xal üçün köklənəcəyik”.
 
Sport7.az

Xəbər lenti