Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Bu mübarizə mənim üçün gözlənilməz oldu"

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qarabağ”la oyundan sonra (2:2) mətbuat konfransında fikirləni bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "İtkilərə baxmayaraq, komandamdan mübarizəli oyun gözləyirdim. Lakin bu qədər gözəl mübarizə mənim üçün gözlənilməz oldu. Nəticədən daha çox, sərgilədiyimiz oyun və gənc futbolçumuz Xəzər Mahmudovun debütü məni sevindirdi. Qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq çox vacib idi”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR