Tərlan Əhmədov: “Onun ikinci sarı vərəqəni necə aldığını gördünüz...

Tərlan Əhmədov: “Onun ikinci sarı vərəqəni necə aldığını gördünüz..."

Premyer Liqanın 2-ci turunun "Sabah" - "Keşlə" (0:1) oyunundan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib: "Özünüz də gördünüz ki, oyun necə gərgin oldu. Birinci hissədə daha maraqlı futbol oynadıq. Fasilədən sonra müdafiəyə daha çox diqqət ayırdıq ki, hesabı sonadək saxlaya bilək. Düzdür, yaratdığımız qol epizodlarından tam yararlana bilmirik. Buna baxmayaraq, uşaqlardan razı qaldım. Fikrimcə, zamanla komandam daha yaxşı futbol oynayacaq. Bu gün əzmkar futbol göstərdik. Bu, məni çox sevindirir”.

Sezar Meza Kollinin meydandan qovulması sualına Əhmədov bu cür aydınlıq gətirib: "Onun ikinci sarı vərəqəni necə aldığını gördünüz, analiz etməyə ehtiyac görmürəm. Məncə, Hakimlər Komitəsinin sədri bu epizodları araşdırmalıdır. Kənardan baxanda daha rahat görünür. Bu qələbə bizə çox lazım idi. Neqativ halların olmasını istəmirik”.

Çalışdırıcı komandasının ardıcıl iki oyunda qırmızı vərəqə alması məsələsinə aydınlıq gətirərkən, bunun epidemiya xarakteri alacağından narahat deyil: "Düşünmürəm ki, bundan narahat olmağa dəyər. Hər iki görüşdə futbolçular ikinci sarı vərəqəylə meydandan kənarlaşdırılıb”.

Mütəxəssis fasilədən sonra müdafiədən oynamaqlarına dair sualı bu cür cavablandırıb: " Bizdə əsas top saxlamağı bacaran Meza Kollidi. O da hələ fiziki cəhətdən 90 dəqiqə mübarizə aparmağa hazır deyil”. (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR