Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Oyundan-oyuna komandamızı görəcəksiniz"

"Belə oyun haqda danışmağa çox söz olmur. 3 elə səhv etdik ki, özüm də təhlil edirəm". 
 
Sport7.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətinizdə futbolçu itkilərinin nə dərəcədə rolu oldu?

- Rəqibə qollar hədiyyə etdik. Bu, mənim üçün də gözlənilməz oldu. Slavik Alxasov və Nikola Mitroviçin olmaması meydanda özünü göstərdi.

Çalışacağıq ki, oyunumuzu düzəldək. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdır. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiniz.

- Bu gün Kamran Ağayevə nə olmuşdu?

- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldır. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.

- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?

- Futbolçularıma qadağa qoymuşam ki, heç bir komandanın oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR