Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Psixoloji gərginlikdən çıxa bilmirik"

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan "Neftçi" - "Keşlə" matçından sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, o oyunsonrası mətbuat konfransında məğlubiyyəti belə izah edib: "Komandamızda maddi cəhətdən heç bir problem yoxdu. Sadəcə, turnir cədvəlindəki yerimiz, məğlubiyyətlərin sıralanması futbolçularda gərginlik yaradır. Psixoloji gərginlikdən çıxa bilmirik. Məni bura klubun prezidenti gətirib. Gəlmişik ki, komandanı bu "qara zolaq"dan çıxaraq.

Bu gün uduzmalı deyildik. Qışda 4 yeni futbolçu gətirmişik, onlardan üçü legionerdi. Hamısını da birlikdə baxıb bəyənmişik. "Neftçi"yə qarşı qol vəziyyətləri yaratdıq. Penalti epizoduna da yenidən baxacağıq. 12 tur var, zamanla düzələcək, nəticələr gələcək.

Mən heç vaxt təzyiq altına düşmürəm. PFL Zaur Axundova texniki zonada əyləşməyə izin versə, mən bundan heç bir əziyyət çəkmərəm.

Emin Mehtiyevlə bağlı problemdə hamımızın məsuliyyəti var".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR