Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Qırmızı vərəqə planlarımızı pozdu"

"Başlanğıca həyəcan hiss olunurdu, bunu özüm də dərk etmişdim. Futbolçular "Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarını izləyiblər. Ancaq tədricən qaydasına düşdü".

Sport7.az xəbər verir ki, bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları I turun açılış matçından sonra söyləyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, 74-cü dəqiqədə Emin Mehtiyevin qırmızı vərəqə alması komandanın planlarını pozub: "Qırmızı vərəqə gözlənilməz oldu, planlarımızı pozdu. Amma ümumilikdə pis təsir bağışlamadıq. Xüsusən də qapıçımız Stanislav Namaşko yaxşı çıxış etdi. Futbolçu qırmızı vərəqəni mübarizə zamanı alarsa, onun cəriməsini lap cibimdən də ödəyərəm.

Amma belə şeyləri heç cür bağışlaya bilmərəm. Bu, bağışlanmaz hərəkətdir. Ancaq Mehtiyev toplanış dönəmində pis çıxış etmədi. İrəlidəki turlarda özünü göstərə biləcəyimə inanıram. Ruslan Qurbanov da tam hazır deyil. Onu birinci hissədə də dəyişə bilərdim. Amma istəmədim ki, bu onun üçün zərbə olsun. Bugününkü oyun bizə ümid verdi".

Əhmədov komandanın qarşısına avrokuboka vəsiqə qazanmaq tapşırığı qoyulduğunu söyləyib. O, bundan sonra transfer etməyəcəklərini vurğulayıb.

Baş məşqçi yeni transfer Əfran İsmayılovun fiziki durumunun yaxşı olmadığını, sentyabrda meydana çıxa biləcəyini deyib. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR