Tərlanın

Tərlanın "Neftçi" şərhi

"Çempionata hazırlıq plan üzrə gedir. Komandamız demək olar ki, komplektləşib. Son yoxlama oyunu bunu bir daha göstərdi”. Sport7.az xəbər verir ki, bu fikirlər "Kəpəz”in futbolçusu Tərlan Quliyevə məxsusdur.

Premyer Liqanın startı ilə bağlı düşüncələrini klubun mətbuat xidmətinə bölüşən müdafiəçi bütün diqqətin ilk iki oyuna yönəldiyini bildirib: "Əsas start oyunlarıdı. İlk səfər və ev görüşlərində nəticə qazanmalıyıq. İnşallah, qarşımıza qoyduğumuz nəticəyə nail olarıq”. 

"Kəpəz” Tərlan Quliyevi "Qarabağ”dan icarəyə götürüb. Quliyev Ağdam klubuna transfer olunana kimi çempionatın ilk turunda qarşılaşacağımız "Neftçi”nin formasını geyinib: "Düzdü, vaxtilə Bakı klubunun şərəfini qorumuşam. İndi isə "Kəpəz”dəyəm. Əlimdən gələni edəcəyəm ki, "Neftçi” ilə oyunda qələbə qazanaq. Rəqibin heyətində çox hörmət etdiyim məşqçilər və futbolçular çıxış edir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR