Tevez imzaladı

Tevez imzaladı
"Boka Xuniors" yeni transferləri Karlos Tevez və sabiq "Trabzonspor"lu Emmanuel Mas üçün imza mərasimi keçirib.
 
Sport7.az xəbər verir ki, hər iki futbolçu ictimaiyyətə təqdim olunub.
 
Tevez ötən il "Şahxay Şenhua" ilə 2,5 illik müqaviləyə imza atmışdı. Çin klubu "Boka Xuniors"a 92, futbolçuya isə illik 43 milyon dollar verəcəyini açıqlamışdı. Çində o qədər də məhsuldar çıxış etməyən argentinalı 16 oyunda sadəcə, 4 qol vura bilmişdi.
 
Mərasimdə fikirlərini bildirən Mas da 2018-ci il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək Argentina yığmasına dəvət almaq üçün bu müqaviləyə imza atdığını söyləyib.
 
Sport7.az 

Xəbər lenti