Norveçli
dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun
üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Sport7.azxəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov
Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit
Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşacaq.
İlk
yarış günündə o, 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem
Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü
turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr
Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla
heç-heçə oynayıb.
Hazırda
azərbaycanlı qrossmeysterin aktivində 5 oyundan 3 xal var. O, fransalı Maksim
Vaşye-Laqrav və niderlandlı Aniş Giri ilə birgə 4 - 6-cı yerləri bölüşür.
Turnir cədvəlinə Maqnus Karlsen 4 xalla başçılıq edir. ABŞ təmsilçisi Uesli So
və rusiyalı Yan Nepomnyaşi hərəyə 3,5 xalla 2-3-cü yerlərdə qərarlaşıb.
"Opera
Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000
dollar qazanacaq.
İlkin mərhələnin
oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.
Qeyd edək
ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində "Airthings
Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək
çempion olub.
"Opera
Euro Rapid"
7 fevral
VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov
VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)
IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov
X tur:
Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov