Teymur Məmmədov: Qızıl medal qazanmaq üçün var gücümlə vuruşacam

Teymur Məmmədov: Qızıl medal qazanmaq üçün var gücümlə vuruşacam
"Yarımfinalda rəqibim suriyalı Eldin Qoussun ilə əvvəllər heç qarşılaşmamışdım. İlk dəfə idi ki, onunla rinqdə döyüşürdüm. Ancaq rəqibimin yarışlarını izləyirdim, müşahidə edirdim və taktikasını öyrənirdim. Döyüş heç asan olmadı, çünki rəqibim güclü boksçudur. Qalib olduğum üçün çox sevinirəm".

Sport7.az
xəbər verir ki, bu sözləri Birinci Avropa Oyunlarının qızıl mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarında 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Teymur Məmmədov bildirib ki, finalda onun növbəti rəqibi türkiyəli boksçu Burak Aкşın olacaq. "Onunla gənclər arasında turnirdə qarşılaşmışıq. Çalışacağam ki, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın”, - deyən idmançı qızıl medal qazanmaq üçün var gücü ilə vuruşacağını bildirib.

Sport7.az

Xəbər lenti