Teymur Rəcəbov məğlub oldu

Teymur Rəcəbov məğlub oldu

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.

Sport7.az xəbər verir ki, 33 yaşlı şahmatçımız 1/4 final mərhələsində ispaniyalı həmkarı David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin 7-6 hesablı qələbəsi ilə yekunlaşıb. 

Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.  
 
Dünən start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR