Teymur Rəcəbov onlayn yarışda iştirak edəcək

Teymur Rəcəbov onlayn yarışda iştirak edəcək

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn turnirdən kənarda qalan Azərbaycan şahmatçısı Teymur Rəcəbov başqa bir yarışa qatılacaq.

Sport7.az xəbər verir ki, 33 yaşlı qrossmeyster ispaniyalı Pepe Kuensanın dəvətini qəbul edib. 8 şahmatçının iştirak edəcəyi yarış bu gün start götürəcək. Olimpiya sistemi ilə keçiriləcək turnir 1/4 final mərhələsindən başlayacaq. 
 
Rəcəbovun ilk sınağı Bakı vaxtı ilə saat 19:00-da İspaniya şahmatının parlayan ulduzu David Antona qarşı olacaq.

Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik görüşə çıxacaqlar. Oyunçular qarşılaşma zamanı danışa bilməzlər.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR