"Təyyarəçilər" Türkiyəyə uçur

AZAL-ın qış hazırlıq planlarına qismən aydınlıq gəlib.

Sport7.az saytının əldə etdiyi xəbərə görə, komanda yanvarın 4-də bir araya gələcək. Bir gün sonra isə Bakıda məşqlərə start veriləcək. Paytaxtdakı hazırlıqlar yanvarın 12-dək davam edəcək.

Komandanın ölkə xaricinə getmək üçün hazırlıq planı tam təsdiqlənməsə də, AZAL-ın digər klublarımız kimi Antalyaya üz tutacağı gözlənilir. "Təyyarəçilər" yanvarın 12-den 25-dək burda hazırlıq keçəcək. İlkin olaraq 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR