Təyyarələrə Messi qadağası - FOTO

Təyyarələrə Messi qadağası - FOTO
"Barselona"nın superulduzu Lionel Messi üçün İspaniyanın "Vuelinq" hava yolları şirkəti tərəfində maraqlı iddia ortaya atılıb. 
 
Sport7.az xəbər verir ki, təyyarələrin Messinin evinin üstündən keçməsinə qadağa qoyulub. Bu haqda ispan mətbuatına açıqlamasında sözügedən şirkətin prezidenti Xayver Sançez-Priyeto bildirib. O, hava yolları şirkətlərinin təyyarələri Messinin evinin üstündən keçmədiyini və bunun qadağan olunduğunu ifadə edərkən "Bu dünyanın heç bir yerində yoxdu" deyə danışıb.
 
 

Sport7.az

Xəbər lenti