"Tezliklə görüşəcəyik, uşaq" - Ferqyuson Həbibə cavab verdi

Həbib Nurməhəmmədov bir neçə gün əvvəl, Castin Qetjiyə məğlub olan Toni Ferqyusona dəstək vermişdi.

Sport7.az xəbər verir ki, Ferqyuson tvitter hesabı vasitəsilə Həbibə cavab verib:

"Hörmət edirəm, Həbib. Amma sən hələ də mənə 20 jim borclusan. Atanın səhhəti düzəldiyinə görə şadam. Tezliklə görüşəcəyik, uşaq. Əsl finala hazırlaşmağa davam et".

Qeyd edək ki, Qetji 5-ci raundda texniki nokautla Ferqyusona qalib gələrək yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxıb. Castinin yaxın aylarda Həbiblə qarşılaşacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR