TFF Luçesku ilə bağlı qərarını verdi

TFF Luçesku ilə bağlı qərarını verdi
Türkiyə millisində Mirça Luçesku dövrü başa çatır.
 
Sport7.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən yığma komandanın baş məşqçisini komandadan göndərmək qərarına gəlib.

Ölkə mətbuatının yaydığı məlumata görə, ruminiyalı baş məşqçi ilə noyabr ayında yolların ayrılacağı bildirilir. 

Artıq 72 yaşlı mütəxəssisə əvəzləyici də tapılıb. Federasiya baş məşqçi postuna hazırda "Başakşəhər”in çalışdırıcı olan Abdullah Avcının gətirmək istədiyi qeyd edilir.

Qeyd edək ki, Luçeskuyla avqustun 4-də 2.5 milyon avro qarşılığında 2+1 illik müqavilə imzalanmışdı.
 
Sport7.az
 

Xəbər lenti