TFF qərar verdi: “Beşiktaş” texniki məğlubiyyətə uğradı

TFF qərar verdi: “Beşiktaş” texniki məğlubiyyətə uğradı
Türkiyə Peşəkar Futbol üzrə Nizam-İntizam Komitəsi "Fənərbaxça” ilə oyuna çıxmayan "Beşiktaş” ilə bağlı qərar verib. 
 
Sport7.az xəbər verir ki, Komitənin qərarına əsasən, "qara qartallar" 3:0 texniki məğlubiyyət verilməsinə dair qərar qəbul edib.
 
Gələn il "Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq.

Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.

Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdilməsi barədə qərar qəbul etmişdi.
 
Sport7.az

Xəbər lenti