Tim, Zverev və Fonini Leyver Kubokunda iştirak edəcəklər (FOTO)

Tim, Zverev və Fonini Leyver Kubokunda iştirak edəcəklər (FOTO)

Leyver Kubokunun növbəti üç iştirakçısının adı məlum olub.

Dominik Tim, Aleksandr Zverev və Fabio Foninini "Avropa" komandasının heyətində izləyə biləcəyik. Onlar əvvəlcədən iştirakları bəlli olan Rocer Federer və Rafael Nadalın komanda yoldaşları olacaqlar.

Leyver Kuboku 20-22 sentyabr tarixlərində Cenevrənin ev sahibliyində keçiriləcək. Sözügedən turnir bu il ilk dəfə rəsmi olaraq ATP-nin təqviminə daxil edilib.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR