Timurun oynadığı matçda

Timurun oynadığı matçda "Qəbələ"nin almaq istədiyi futbolçu dubl etdi - VİDEO

21 yaşadək millimizin sabiq futbolçusu Timur Təməltaşın çıxış etdiyi "Altınordu" "Antalyaspor"un qonağı olub.

Sport7.az xəbər verir ki, gözlənilmədən İzmir klubu çətin səfərdən qələbə ilə qayıdıb - 3:2.

Bu matçda Timur meydana 73-cü dəqiqədə daxil olub. O, Berkay Samancını əvəzləyib. "Altınordu" bu matçda rəqibin bir penaltisini dəf edib, qələbə qolunu isə oyuna əlavə olunmuş 4-cü dəqiqədə vurub. 

Yeri gəlmişkən, Mahir Şükürovun "Karşıyaka"da baş məşqçisi olmuş Yusuf Şimşəyin rəhbərlik etdiyi "Antalyaspor"dan qolları Lamin Diarra vurub. Xatırladaq ki, bu futbolçu 3 il əvvəl "Qəbələ"yə gəlməyə yaxın olub. Lakin seneqallı hücumçu "Partizan"dan o vaxt Superliqada çıxış edən "Antalyaspor"a keçməyə üstünlük vermişdi.

Qeyd edək ki, bu qələbədən sonra "Altınordu" xalını 32-yə yüksəldib. İzmir klubu turnir cədvəlinin XII komandasıdır.

]
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR