Tofiq Bəhramovun ad günündə hakimlərimizi darmadağın etdilər - VİDEO + FOTOLAR
Tofiq Bəhramovun ad günündə hakimlərimizi darmadağın etdilər - VİDEO + FOTOLAR
Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib.  

Sport7.az xəbər verir ki, AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, tədbirə dəvət olunmuş sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus), eləcə də millimizin baş məşqçisi Robert Prosineçki Tofiq Bəhramovun məzarını ziyarət ediblər. 

Bəhramovun qəbri üzərinə gül çələngini indiki FİFA referiləri - Əliyar Ağayevlə Rəhim Həsənov qoyub. AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, ölkəmizin yuxarıda adı çəkilən qonaqları və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov çıxış edərək Tofiq Bəhramovun həyat yolu, hakimlik bacarığı, futbolun inkişafına verdiyi töhfələr barədə danışıb, onunla bağlı xatirələrini bölüşüblər. 

Sonra "Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu keçirilib. Görüşdə veteranlar 10:5 hesabı ilə hakimlərə qalib gəlib. Bu oyunu sabiq FİFA referisi Asim Xudiyev və qonaqlar da izləyib.

Qeyd edək ki, veteranların tərkibində Nazim Süleymanov, Vəli Qasımov, Mahmud Qurbanov, hakimlərdə isə Tahir Süleymanov və Fariz Yusifov kimi tanınmış simalar olub.



Sport7.az

Xəbər lenti