"Tokio 2020"yə 5-ci lisenziya

Azərbaycan "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına 5-ci lisenziya qazanıb.

Sport7.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatının ilk günündə paralimpiyaçımız Kamil Əliyev mübarizəyə başlayıb.

Kamil Əliyev uzunluğa tullanmaq üzrə T12 kategoriyasinda 7.00 metr nəticə göstərib. Dünya çempionatında üçüncü yerə çıxan Kamil Əliyev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə paralimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 5-ə yüksəlib.

Dünya Çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR