"Tokio-2020"yə daha 2 lisenziya

Daha 2 idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb

Sport7.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandasına daha 2 lisenziya ayırıb.

Lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində onluqda olan Dana Şandıbina və 2019-cu ildə Böyük Britaniyanın London şəhərində keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR