Tokio olimpiadası üçün lisenziya turnirlərinin bitmə tarixi məlum oldu

Tokio olimpiadası üçün lisenziya turnirlərinin bitmə tarixi məlum oldu

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bütün turnirlər 29 iyun 2021-ci ilədək başa çatmalıdır.

Sport7.az xəbər verir ki, bu barədə "Inside the Games" məlumat yayıb.
 
Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Milli Olimpiya Komitələrinə göndərilən məktubda bildirilib ki, hər bir ölkə öz iştirak ərizəsini iyulun 5-dək IOC-a təqdim etməlidir.
 
Turnirlərin tarixi və yeri barədə tam informasiya vermək üçün isə hələ tez olduğu vurğulanıb. Belə bir bildiriş koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan götürülməsindən sonra dərc olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib. İndiyədək lisenziya qazanmış bütün idmançılar Oyunlarda iştirak hüququnu özlərində saxlayacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR