Tokio olimpiadası üçün mümkün tarix açıqlandı

Tokio olimpiadası üçün mümkün tarix açıqlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi təxirə salınan yarışın yeni tarixi ilə bağlı müzakirələri davam etdirir.
 
Sport7.az xəbər verir ki, Təşkilat Komitəsinin sədri Yosiro Mori oyunların yayda keçirilməsinin məqsədə uyğun olduğunu bildirib. 

"Olimpiadanın keçirilmə tarixi üçün iyundan sentyabra qədər olan müddət barədə düşünməyin daha yaxşı olduğunu hesab edirəm. Ümid edirəm ki, gələn həftə bununla bağlı qərar qəbul edə biləcəyik”, deyə sədr qeyd edib. 

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR