Tokioda Karate 1 Premyer Liqa seriyasına start verilib

Tokioda Karate 1 Premyer Liqa seriyasına start verilib
Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa seriyasından turniri başlayıb.

Sport7.az xəbər verir ki, mövsümün sonuncu yarışında Azərbaycan milli komandasının heyətində 12 karateçimiz iştirak edir. Heyətdə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.

Karateçilərimiz oktyabrın 12-də tatami üzərinə çıxacaqlar.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və səfirliyin əməkdaşları da yarış zalında milli komandamızı dəstəkləyirlər.
 
Sport7.az

Xəbər lenti