Tokiyo-2020 Paralimpiya Oyunlarına 4-cü lisenziya

Tokiyo-2020 Paralimpiya Oyunlarına 4-cü lisenziya

Avstraliyanın Sidney şəhərində para atıcılıq üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən para atıcılıq üzrə dünya çempionatında iştirak edən paralimpiyaçımız, Kamran Zeynalov növbəti lisenziyanı əldə edib. Paralimpiyaçımız 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmanıçı sırasına düşüb və bununlada da o, gələn il Yaponiyanın paytaxtı Tokyoda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.

Bu, Azərbaycanın Paralimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirən dördüncü idmançısıdır. Bundan öncə güllə atıcılığında Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov və paraüzgüçülükdə Roman Saley lisenziya qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR