Tokiyo-2020-yə daha bir lisenziya

Tokiyo-2020-yə daha bir lisenziya

Avstraliyanın Sidney şəhərində para atıcılıq üzrə dünya çempionatı keçirilir.

Sport7.az xəbər verir ki, güllə atıcılığı üzrə milli komandamız dünya çempionatında iştirak edir. Komandamızın qadın təmsilçisi Yelena Taranova yarışın ilk günündə 25 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 20 idmançı sırasına düşüb və bununla da gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib. İkiqat Paralimpiya mükafatçımız hələ 10 və 50 metr məsafəyə atışlarda da mübarizə aparacaq.

Bundan başqa, kişilərdə Kamran Zeynalov 10, 25 və 50 metr məsafəyə atışlarda iştirak edəcək.

Bu, Azərbaycanın Paralimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirən üçüncü idmançısıdır. Daha əvvəl parapauerliftinq üzrə Elşən Hüseynov və paraüzgüçülük üzrə Roman Saley lisenziya qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR