Tomas Tuhel:

Tomas Tuhel: "Kavani mənim üçün çox önəmli biridi"

PSJ-nin baş məşqçisi Tomas Tuhel Edinson Kavaninin klubdakı gələcəyi barədə fikirlərini bölüşüb:

"Kavani artıq bir neçə gündü məşqlərə başlayıb və yaşıl meydanlara qayıtmağa hazırdı. Müqaviləsinin yenilənməsi məsələsinə gəlincə, bu barədə danışmaq üçün erkəndi. Amma əminəm ki, klubla danışıqlar aparır.

Onun fikirlərinə bələd deyiləm, amma mən 100% azından mövsümün sonuna kimi Kavanini sərəncamımda görmək istəyirəm. O, PSJ-nin rekordçusudu və mənim üçün çox önəmli biridi. Komandada qərar qəbul etməmişdən əvvəl məsləhətləşdiyim 5 oyunçudan biri də Kavanidi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR