Tomas Tuhel Kavaninin PSJ-dəki gələcəyi barədə danışdı

Tomas Tuhel Kavaninin PSJ-dəki gələcəyi barədə danışdı

PSJ-nin baş məşqçisi Tomas Tuhel "Monako" ilə oyundan sonra Edinson Kavaninin komandadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb:

"Komandada dəyişikliklər gözlənirmi? Futbolda hər şey mümkündü, dəqiq heç nə deyə bilmərəm.

Kavaniya gəlincə, onun özünə sual ünvanlamaq lazımdı. Hazırda Edinson zədəlidi. O, məşq zamanı özünü yaxşı hiss etmədiyi üçün bu gün meydana çıxa bilmədi. Sadəcə onu deyə bilərəm ki, Kavaninin komandada qalması hədəflərimizə çatmaq baxımından bizim üçün yaxşı olardı".

Qeyd edək ki, Kavani "Atletiko" ilə müqavilənin şəxsi detallarını razılaşdırıb. Hazırda Madrid klubu ilə PSJ arasında danışıqlar gedir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR