"Topa istədiyimiz kimi sahib ola bilmirdik" - Qurban Qurbanov

"Qarabağ" - "Zirə" matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:
 
"Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Oyunun sonuna kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq oyunçularımızdan razı qaldım".
 
Sport7.az

Xəbər lenti