“Topaz”: Birinin heç-heçəsi yox, digərinin məğlubiyyəti

“Topaz”: Birinin heç-heçəsi yox, digərinin məğlubiyyəti
Həftə bitsə də, Avropanın yaşıl meydanlarında futbol həyəcanı davam edir. Şənbə-bazar bir-birini əvəzləyən maraqlı qarşılaşmalardan sonra yeni iş həftəsinin ilk günündə azarkeşləri prinsipial daha bir neçə oyun gözləyir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın proqramında da yer alan həmin oyunlara diqqət yetirək.

Saat 23:30. "Latsio" - "İnter" (oyun kodu 103)

İtaliya A Seriyasının 10-cu turuna Romada yekun vurulacaq. Turnir cədvəlində qonşu olan "Latsio" ilə "İnter" dueli gərgin və maraqlı mübarizə vəd edir. "İnter" A seriyası və Çempionlar Liqasında ardıcıl 7 qələbə qazandıqdan sonra bir neçə gün əvvəl ÇL-də "Barselona"ya uduzub (0:2). "Latsio" isə daxili çempionatda və Avroliqada ardıcıl 3 qələbə qazanıb. Komandaların hər ikisi baxımlı futbolu ilə diqqət çəkir. "Latsio" "İnter"ə qarşı keçirdiyi son 2 ev matçında uduzub (1:3 və 2:3). "Napoli" dünən xal itirdiyindən "İnter" bu axşam qələbə qazanacağı halda 3-cü sıraya yüksələcək. Milan təmsilçisinin heyətində yenə zədəli Raca Nainqqolan oynamayacaq. Bu maraqlı qarşılaşmaya "Topaz"da həm "təkli", həm də canlı mərc edə bilərsiz. Əmsallar: "Latsio"nun qələbəsi 2.30, heç-heçə 3.25, "İnter"in qələbəsi 2.80.

Saat 00:00. "Tottenhem" - "Mançester Siti" (oyun kodu 104)

Premyer Liqada 10-cu turun son oyunu dünyanın ən əsrarəngiz stadionlarından olan "Uembli"də baş tutacaq. 21 xalla 5-ci sırada qərarlaşan "Tottenhem" 23 xalla 3-cü yerdə olan "Mançester Siti"ni qəbul edəcək. Arxada qalan 9 turda "Siti" bir dəfə də uduzmayıb. "Tottenhem"in hesabında isə heç-heçə yoxdur. Mançesterlilər premyer liqanın 20 iştirakçısı arasında hamıdan çox - 26 qol vurub, hamıdan az buraxıb (3 qol). Amma bu statistikanın əksi olan başqa statistika da var. "Siti"nin "Tottenhem"lə son 7 görüşündən 6-sı "üst" bitib. Ümumiyyətlə, tərəflərin indiyədək baş tutan 146 duelində 57 dəfə "Tottenhem", 56 dəfə mançesterlilər qalib gəlib. 33 matçda heç-heçə qeydə alınıb. Londonluların heyətində əsas itki zədəli Vertongendir. Dele Allinin oynayacağı isə sual altındadır. "Siti"də Manqala, Bravo, Danilo, İlkay Gündoğan kimi oyunçular zədəli olsa da, optimal heyətdə heç bir problem yoxdur. Məğlubedilməz "Siti" ilə heç-heçə sevməz "Tottenhem"in görüşünə "Topaz"da həm "təkli", həm də canlı mərc etmək mümkündür. Əmsallar: "Tottenhem"in qələbəsi 4.20, heç-heçə 3.75, "Mançester Siti"nin qələbəsi 1.70.

Bu oyunlardan başqa "Topaz"ın bu günkü proqramında PAOK - "Panatinaikos" (kod 1151), "Midyullend" - "Brondbü" (kod 1137), "Rubin" - "Spartak” (Moskva) (kod 1134) kimi maraqlı matçlar da yer alıb. Ümumiyyətlə, "Topaz" müştərilərinə bu gün 44 oyuna mərc etmək fürsəti verir. Bu görüşlərdən 27-sinə canlı, 6-sına isə "təkli" mərc etmək olar.

"Topaz” müştəriləri üçün bu gün xüsusi bir hadisə də gözlənilir. "Topaz”ın oktyabrın 1-dən başlatdığı "10-dan hədiyyə qazan” kampaniyasının ilk tirajı məhz bu gün keçiriləcək. Saat 16:30-da CBC Sport kanalında yayımlanacaq tirajda 1 Hyundai Accent, 11 Samsung Galaxy S9, 11 Playstation 4 Slim öz sahibini tapacaq. Dekabrın 23-dək davam edəcək bu kampaniyada yaşı 18-ə çatmış istənilən şəxs iştirak edə bilər. Qazanmaq üçün bundan gözəl şans ola bilməz.

Kampaniyanın şərtləri haqda ətraflı məlumatı Topaz Facebook, İnstaqram səhifələrindən və topaz.az rəsmi veb səhifəsindən ala bilərsiniz. Mərc edin, qazanın və dəyərli hədiyyələrə sahib olun!

Xəbər lenti